Fateh Kavlak: Sınaq matçlarında çatışmamazlıqları görmək olacaq
“Hazırlıq prosesi istədiyimiz səviyyədə, tempdə gedir. Məşqlərimiz maraqlı keçir. Futbolçuların fiziki gücü günbəgün artır”. İdman.com.az-ın xəbərinə görə, bunu klubun rəsmi saytına “Qəbələ”nin baş məşqçisi Fateh Kavlak deyib.

Antalya toplanışı barədə fikirlərini bildirən türkiyəli çalışdırıcı futbolçuların psixoloji durumlarının yüksək səviyyədə olduğunu vurğulayıb: “Hamısı çox istəklidir. Yanvarın 22-dən yoxlama oyunlarına start veririk. İlk rəqibimiz “Qazaxıstanın “Atırau” komandası olacaq. Rəqibimizi elə də yaxşı tanımıram. Sadəcə bilirəm ki, komanda Qazaxıstanın yüksək liqasında çıxış edir. Bu oyunda iki gündə necə hazırlaşdığımızı gözdən keçirəcəyik”.

Mütəxəssis rəqiblərinin gücünə görə komandanın çatışmamazlıqlarını müəyyənləşdirəcəklərini söyləyib: “Rəqib kimi hazırlıq prosesinin sonuna doğru daha güclü rəqiblərlə qarşılaşacağıq. Bu bizə komandanın hazırlıq prosesini necə dəyərləndirdiyini və çatışmamazlıqları görməyə imkan verəcək”.

Xəbər 1157 dəfə oxundu.