Qarabağ və Qəbələnin futbolçuları Bosniya və Herseqovina yığmasına dəvət aldı
Bosniya və Herseqovina yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3 və 6-da müvafiq olaraq Belçika və Andorraya qarşı oyunları üçün heyəti açıqlanıb. Heyətdə yer alan 24 futbolçu arasında "Qarabağ" və "Qəbələ"də çıxış edən oyunçular da var.

Bunlar Ağdam klubunun qapıçısı İbrahim Şehiç və Qəbələ təmsilçisinin yeni transfer etdiyi hücumçu Ermin Zetsdir.

Xəbər 703 dəfə oxundu.