Veloparkda kriterium ötüşmələri üzrə federasiya kuboku yarışı keçirilib
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) cari il üçün təqvim-planına əsasən, Veloparkda kriterium ötüşmələri üzrə federasiya kuboku yarışı keçirilib.

İki gün davam edən yarışda AVİF-in nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 70-dən artıq idmançısı mübarizə aparıb. Bundan başqa, yarışda həvəskar velosipedçilərdən ibarət “CycleMania” qrupunun üzvləri də iştirak ediblər.

Reqlamentə əsasən, Elit, U-23 və gənclər kateqoriyasında yarışan velosipedçilər uzunluğu 1600 metr olan dairəvi marşrut boyunca 30, U-17 yaş qrupu üzrə idmançılar 16, U-15 yaş qrupunda mübarizə aparanlar isə 8 dövrə vurublar. Hər 3 yaş kateqoriyasında qalib adını 8 saylı idman olimpiya məktəbinin təmsilçiləri qazanıblar.

Mükafatçılar federasiya tərəfindən medal, diplom, kubok və pul mükafatı ilə təltif ediliblər.

AZƏRTAC

Xəbər 720 dəfə oxundu.