Azərbaycan yığması “Baltic Cup” turnirinin qalibi olub
On doqquz yaşadək qızlardan ibarət Azərbaycan yığması Riqada təşkil olunmuş “Baltic Cup” turnirinin qalibi olub.

Turnirin sonuncu oyununda Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız böyük hesablı qələbə qazanıb – 5:0. Nigar Cəlillinin dubl etdiyi oyunda Kristina Bakarandze, Yaiza Relea və Natalia Rodelqo hərəyə bir dəfə fərqləniblər.

Yığmamız turnirdəki ilk oyununda litvalı həmyaşıdlarını 1:0, növbəti qarşılaşmada isə Latviya komandasını 4:0 hesabı ilə məğlub edib.

AZƏRTAC

Xəbər 636 dəfə oxundu.