"Rəvan" Zaqatalaya gedir, Gürcüstan klubu ilə qarşılaşacaq
Milli komandamızın toplanışı ilə əlaqədar Topaz Premyer Liqasında 20 günlük fasilə yaranacaq.Bu fasilədən maksimum yararlanmağa çalışan klublarımızdan biri də, Premyer Liqada iştirakı son anda müəyyənləşən "Rəvan”dı. Klubdan əldə etdiyimiz məlumata görə, "aslanlar” fasiləni Zaqatalada keçirmək niyyətindədilər.

Belə ki, qaraçuxurlular avqustun 26-da Zaqatalaya getməyi düşünürlər. Komanda iki həftəlik təlim-məşq toplanışı keçirmək niyyətindədi. Bakı təmsilçisi toplanış çərçivəsində Gürcüstan klublarınınbiri ilə yoxlama oyunu keçirmək niyyətindədi. Rəqibin kimliyinə isə təlim – məşq toplanışının ilk günlərində aydınlıq gələcək.

Xəbər 699 dəfə oxundu.