Vyana Open 2015 beynəlxalq şahmat festivalı başa çatdı | |
Avstryada keçirilən “Vyana Open 2015” beynəlxalq şahmat festivalı başa çatıb. 50 ölkədən 850 şahmatçının ştirak etdiyi yarışda ölkəmizi Eltac Səfərli, Nərgiz Umudova,Tofiq İsrafilov və Afiq İsrafilov təmsil edirdilərlər. Festival A ,B, C və D turnirlərindən ibarət keçirilirdi. Həmçinin festival çərçivəsində Şəhriyar Məmmədyarov və yerli şahmatçı Markus Ragger arasında 6 oyundan ibarət matç keçirilib. Şəhriyar Məmmədyarov 3.5-2.5 hesabı ilə yarışın qalibi oldu. Festivalın A turnirində mübarizə aparan təmsilçilərimizdən Eltac Səfərli aktivinə 7 xal yazraq 6-18-ci yerləri bölüşdürdü. Nərgiz Umudova isə 9 oyundan 5.5 xal toplayıb. C turnirində iştirak edən həmyerlilərimiz Tofiq İsrafilov 6.5 xal toplayaraq 6-cı,Afiq İsrafilov isə 6 xal toplayaraq 17-ci yerin sahibi olub. Yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilirdi |
|
Xəbər 847 dəfə oxundu. |
|
|