Qurban Qurbanov: Bizim üçün hər bir qələbə vacibdir
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Bizim üçün hər bir qələbə vacibdir. Çempionatın startında hər bir komanda istəkli olur. Bu gün rəqib bizə çətin anlar yaşatdı. Düşünürəm ki, xeyli dəyişikliklərin fonunda səhvlərimiz çox idi. Bu səhvləri aradan qaldırmaq mümkündür. Gündən-günə sayı çoxalan azarkeşlərimizə təşəkkür edirəm.

Mənə elə gəlir ki, heç bir oyunçu üçün getdiyi komandada tez bir zamanda özünü yaxşı tərəfdən göstərmək asan deyil. Sadəcə, deyim ki, yeni oyunçular çox istəklidirlər. Hesab edirəm ki, onlar faydalı olacaqlar”.

Xəbər 659 dəfə oxundu.