“Qəbələ” komandasının Afinadakı “Panatinaikos”la cavab oyununu slovakiyalı hakimlər briqadası idarə edəcək
UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” - “Panatinaikos” komandalarının cavab oyununun hakimləri müəyyənləşib.

Qarşılaşmanı slovakiyalı baş hakim İvan Krujlyak idarə edəcək. Görüşdə ona həmyerliləri Tomas Somolani, Tomas Mokoş kömək edəcəklər. Matçda dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək.

Komandalar arasında cavab görüşü avqustun 27-də saat 23:00-da Afinanın “Apostolos Nikolaidis” stadionunda başlayacaq.

Bakıdakı ilk oyun 0:0 hesablı qolsuz bərabərliklə yekunlaşmışdı.

FİFA referisi İ.Krujlyak 2011-ci il sentyabrın 6-da Antverpen şəhərində 21 yaşadək futbolçular arasında keçirilmiş Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belçika-Azərbaycan (4:1) yığmalarının oyununu idarə etmişdi.


Xəbər 622 dəfə oxundu.