“Real Madrid” futbol klubu müdafiəçi Pepe ilə müqaviləni 2017-ci ilin iyununadək uzadıb
Madridin “Real” futbol klubu iki aylıq danışıqlardan sonra müdafiəçi Pepe ilə müqaviləni uzadıb.

32 yaşlı portuqaliyalı futbolçunun 2017-ci il iyunun 30-dək “Real”da forma geyəcəyi rəsmi şəkildə elan edilib.

Pepe müqavilə barədə danışarkən deyib: “Real Madrid” mənə hər şeyi verib. Burada özümü olduqca gözəl hiss edirəm. Bu müqavilə ilə “Real”ın formasını qürurla geyməyə davam edəcəyəm. “Santyaqo Bernabeu”da oynamaq və azarkeşlərin səni dəstəklədiklərini görmək çox möhtəşəmdir”.

2007-ci ildə 30 milyon avroya “Portu” klubundan “Real”a transfer olan Pepe madridlilərin müdafiə xəttində əsas oyunçulardan birinə çevrilib. Futbolçu “Real”da 285 qarşılaşmada forma geyib.

Xəbər 701 dəfə oxundu.