“Bakı Fires”in klubunun Ümumdünya Boks Seriyasının altıncı mövsümündəki rəqibləri müəyyənləşib
Ümumdünya Boks Seriyası (WSB) liqasının altıncı mövsümünün püşkü atılıb.

Venesuelada keçirilən tədbirdə Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) prezidenti Çinq Ko Vu çıxış edərək yeni mövsümdə maraqlı mübarizənin aparılacağını bildirib.

AİBA prezidenti çempionatda 16 komandanın hərəsində dörd klub olmaqla dörd qrupda mübarizə aparılacağını diqqətə çatdırıb. Hər qrupdan iki komandanın növbəti mərhələyə vəsiqə qazanacağını deyib.

“Baku Fires” “D” qrupunda Qazaxıstanın “Astana Arlans”, “Puerto Riko Hurricanes” və Özbəkistan klubları ilə yarışacaq.

AZƏRTAC

Xəbər 768 dəfə oxundu.