“Qarabağ” - “Yanq Boyz” cavab oyununu litvalı hakimlər briqadası idarə edəcək
UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Yanq-Boyz” komandalarının cavab matçının hakimləri məlum olub.

Qarşılaşmanı litvalı baş hakim Qedminas Majeyka idarə edəcək. Oyunda yan xətt hakimləri onun həmyerliləri Vytautas Simkus, Vitenis Kazlauskas olacaqlar. Oyunda dördüncü hakim funksiyasını isə Sergejus Sliva yerinə yetirəcək.

Komandalar avqustun 27-də saat 21:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.

Qeyd edək ki, Qedminas Majeyka 2008-ci il sentyabrın 10-da 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Albaniya-Azərbaycan (0:0) yığmalarının oyununu idarə etmişdi.

Xəbər 722 dəfə oxundu.