Topaz Premyer Liqasında üçüncü turunun hakim təyinatları məlum olub
Topaz Premyer Liqasında üçüncü turun oyunlarının hakimləri təyin edilib.

Avqustun 22-də “Xəzər Lənkəran” mərkəzi stadionunda “Xəzər Lənkəran” – “Rəvan” komandalarının qarşılaşmasını baş hakim Rəhim Həsənov idarə edəcək.

Avqustun 23-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Sumqayıt” görüşünün əsas hakimi Ramil Diniyev olacaq. Qəbələ şəhər stadionunda oynanılacaq “Qəbələ” – “Kəpəz” matçında əsas referi Orxan Məmmədov təyin olunub. “Dalğa Arena”da keçiriləcək “AZAL”- “Qarabağ” oyununda baş hakim funksiyasını Elvin Əsgərov yerinə yetirəcək.

Baş hakim Fariz Yusifovun idarə edəcəyi Zirə Olimpiya İdman Kompleksinin stadionunda “Zirə” – “İnter” qarşılaşması avqustun 24-də oynanılacaq.

Qeyd edək ki, saat 18:30-da oynanılacaq “Neftçi” – “Sumqayıt” matçından başqa, digər bütün oyunlar 21:00-da başlanacaq.

AZƏRTAC

Xəbər 753 dəfə oxundu.