"Neftçi" yeni qapıçısını sifariş etdi
"Neftçi" yeni qapıçısı Mixal Peskoviçi PFL-ə sifariş edib.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, slovakiyalı qolkiper yeni klubunda 24 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Mixal Peskoviç 6 ay müddətinə "Neftçi"də oynayacaq.

Xəbər 699 dəfə oxundu.