Boksçumuz AÇ-nin finalına çıxdı
Macarıstanın Kestxey şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyi davam edir.

+80 kq çəki dərəcəsində çıxış edən Alina Hacıyeva yarımfinalda macarıstanlı Ester Bençzeni texniki nokautla məğlub edib. Milli komandamızın üzvü finalda rusiyalı Mariya Şişmareyeva ilə qarşılaşacaq. Şişmareyeva yarımfinalda polşalı Aqata Katzmarska üzərində qələbə qazanıb.

Qeyd edək ki, final qarşılaşması avqustun 22-də keçiriləcək.

Xəbər 729 dəfə oxundu.