Rikardinyo: “Komanda olaraq buna inanırıq”
"Güclü, heyətində səviyyəli futbolçular olan rəqibə qarşı yaxşı mübarizə apardıq. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Bu sözləri "Qəbələ”nin müdafiəçisi Rikardinyo deyib.

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsindı "Panatinaikos"la 0:0 bərabərə qaldıqları görüşdən sonra jurnalistlərə danışan braziliyalı arxa xətt oyunçusu yaxşı oynadıqlarını söyləyib: "Məncə, çox yaxşı oynadıq. Qonaqlara elə də çox qol epizodu yaratmağa imkan vermədik. Özümüz isə qol vurmaq üçün şanşlar yaxaladıq. Təəssüf ki, əlimizə düşən fürsətlərdən yararlana bilmədik”.

"Sambaçı” komandasının qrup mərhələsinə vəsiqə qazanacağına inandığını da bildirib: "İlk oyunda qalib gəlməyi çox istəyirdik. Çünki cavab matçının təzyiqini azaltmaq istəyirdik. Səfər oyununda işimizin bir az asan olmasına çalışırdıq. Nə etmək olar, bu futboldur. Əsas odur ki, məğlub olmadıq. İndi cavab matçında qol vurmağa çalışacağıq. Ümid edirəm ki, Yunanıstanda sərfəli nəticə əldə edərək qrup mərhələsinə vəsiqə qazana biləcəyik. Komanda olaraq buna inanırıq".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 27-də Afinada keçiriləcək.

Xəbər 692 dəfə oxundu.