“Xəzər Lənkəran” qələbə ilə başladı
Yanvarın 16-dan Antalyada təlim-məşq toplanışına başlayan “Xəzər Lənkəran” bu gün ilk yoxlama matçına çıxıb. İdman.com.az saytının xəbərinə görə, cənub təmsilçisi Türkmənistan millisi ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 20:00-da başlayan oyun “ağ-yaşıllar”ın qələbəsi ilə yekunlaşıb.

Belə ki, ilk hissədə Mureşan və Domanın vurduğu qollardan sonra rəqib fərqi azaltsa da, qarşılaşmada son nöqtəni ikinci hissənin sonlarında meydana çıxan türkmənistanlı legioner Elman Talqayev qoyub – 3:1.

Xəbər 976 dəfə oxundu.