Adı bir neçə türk klubu ilə hallanan futbolçu İtaliyaya getdi
Yay transfer dönəmində Türkiyənin "Antalyaspor” klubunun gündəmindən düşməyən hətta adı "Beşiktaş”la hallanan ispanioyalı futbolçu Dieqo Kapelin yeni komandası bəlli olub.
27 yaşlıl oyunçu karyerasını İtaliyada davam etdirəcək. Kapel artıq İtaliya "Cenoa”sı ilə müqavilə imzalayıb. Müqavilənin şərtləri bəlli olmasa da, futbolçunun "16” nömrəli formada çıxış edəcəyi bəllidir.

Qeyd edək ki, Kapelin son klubu Portuqaliya "Sportinq"i olub.

Xəbər 709 dəfə oxundu.