«Bakı Alovları» rəqibini darmadağın etdi, pley-offa vəsiqə qazandı | |
Ümumdünya Boks Seriyasının (WSB) 7-ci turunun matçında Azərbaycanın «Baku Fires» və Türkiyənin «Istanbul Bosphorus» komandaları qarşılaşıblar. İdman.com.az saytı xəbər verir ki, “Sərhədçi” Olimpiya-İdman Mərkəzində təşkil edilmiş görüşdə meydan sahibləri rəqibini 5:0 hesabı ilə qalib gəlib, pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib. Komandamızın yer aldığı «B» qrupunda «Paris United» (Fransa) «Mexico City Guerreros» (Meksika) klubuna 2:3 hesabı ilə uduzub. Digər matçda «Leipzig Leopards» (Almaniya) «Beijing Dragons»u (Çin) qonaq edəcək. Döyüşlərin nəticələri: «Baku Fires» - «Istanbul Bosphorus» 54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Aydın Sağal (Türkiyə) – 50:45, 50:44, 50:44 61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Bunyamin Aydın (Türkiyə) - 50:45, 50:45, 49:46. 73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Ərol Ozqal (Türkiyə) – texniki nokautla Mürsəlov 3-cü raundda qalib gəlib 85 kq. Əzəmət Murtuzəliyev (Azərbaycan) – Canər Sayaq (Türkiyə) - texniki nokautla Murtuzəliyev 5-ci raundda qalib gəlib +91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Aleksey Sivko (Ukrayna) - texniki nokautla Abdullayev 4-cü raundda qalib gəlib Turnir cədvəli: 1. «Baku Fires» – 21 xal, döyüşlərin fərqi - 30-5 (7 matç) 2. «Mexico City Guerreros» – 13, 19-15 (7) 3. «Leipzig Leopards» – 10, 15-15 (6) 4. «Paris United» – 8, 11-18 (6) 5. «Istanbul Bosphorus» – 8, 14-21 (7) 6. «Beijing Dragons» – 3, 5-20 (5) |
|
Xəbər 1220 dəfə oxundu. |
|
|