"Vyana Open 2015"beynəlxalq şahmat festivalı davam edir
Avstryada keçirilən “Vyana Open 2015” beynəlxalq şahmat festivalı davam edir. Festival A ,B, C və D turnirlərindən barət keçirilir. Həmçinin festival çərçivəsində Şəhriyar Məmmədyarov və yerli şahmatçı Markus Ragger arasında 6 oyundan ibarət matç keçirilir.

3-cü oyunda Şəhriyar Məmmədyarov rəqibi üzərində növbəti qələbəsini qazanıb . 3 turdan sonra Ş. Məmmədyarov 2.5-0.5 hesabı ilə öndədir.

6-cı turda A qurupunda mübarizə aparan hər iki təmsilçilərimiz qələbə qazanıb. Eltac Səfərli İtaliya şahmatçısı Giovanni Sorberanı, Nərgiz Umudova isə yerli şahmatçısı Yuriy KhalakhanI məğlub edib. 6 turdan sonra Nərgiz Umudova aktivinə 4.5 xal, Eltac Səfərli isə 4 xal yazıb.

Uşaqların turnirində Afiq İsrafilov aktivinə 4.5 xal yazaraq 7-16-cı yerləri bölüşdürür.Tofiq İsrafilov isə 4 xalla 19-cu pillədə qərarlaşıb.

Turnir isveçrə sistemi ilə 9 turdan ibarət keçirilir.

Xəbər 673 dəfə oxundu.