Daniel Pranyiç: “Qəbələ”nin təhlükəli komanda olduğunu gördük”
“Qol vurmaq üçün şanslarımız oldu. Lakin onlardan yararlana bilmədik. Ümumi götürdükdə, 0:0 pis nəticə deyil”.

Bu sözləri “Panatinaikos”un yarımmüdafiəçisi Daniel Pranyiç Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ" ilə ilk matçdan (0:0) sonra deyib.

Xorvat futbolçu “Qəbələ” haqda da danışıb: “İlk oyunda “Qəbələ”ni daha yaxından tanıdıq. Rəqibimiz yaxşı futbolçulara sahibdir. Gördük ki, “Qəbələ” təhlükəli komandadır. Bakıda qələbə qazansaydıq, daha yaxşı olardı. İndi bütün diqqətimizi cavab oyununa yönəldəcəyik. İkinci görüşündə öz meydanımızda oynayacağıq. Buna görə də qələbə qazanmalıyıq”.

Xəbər 690 dəfə oxundu.