Teymur heç-heçə etdi, Vüqar 1 top üstünlüyündən yararlana bilmədi
Niderlandın Veyk an Zeye şəhərində şahmatçılar arasında ənənəvi beynəlxalq superturnir davam edir. İdman.com.az saytının məlumatına görə, VII turda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov (2773) qara fiqurlarla ABŞ-lı Nikaru Nakamura (2759) ilə qarşılaşıb. Bərabər vəziyyətdə tərəflər 28-ci gedişdə heç-heçəyə razılaşıblar. Hazırda Teymurun hesabında 4,5 xal var və o, yarışın liderlər qrupunda qərarlaşıb.

Milli komandamızın digər aparıcı üzvü Vüqar Həşimov (2761) zəif çıxış edir. Bu tur Fabiano Karuana (2736) görüşən təmsilçimiz, rəqibinə çətin an yaşadıb. Həmyerlimiz mittelşpildə top üstünlüyünə yiyələnib. Amma Vüqar bu vəziyyəti lazımınca dəyərləndirə bilməyib və 50-ci gedişdə heç-heçə təklif edib. Fransalı idmançı buna dərhal razılaşıb. Aktivində 2 xal olan Həşimov 13-cü sırada olaraq qalır.

Xəbər 993 dəfə oxundu.