"Neftçi" - "Sumqayıt" oyununa giriş pulsuz olacaq
Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək "Neftçi" - "Sumqayıt" oyununa giriş pulsuz olacaq. İdman.com.az-ın kluba istinadən verdiyi məlumata görə, buna səbəb paytaxt klubunun "Bakcell Arena"da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda oynamasıdır.

Qeyd edək ki, "Bakcell Arena" AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də keçiriləcək Azərbaycan - Xorvatiya matçı səbəbindən təmirə bağlanır. "Neftçi" istisna hal kimi "Sumqayıt"la matçı izləmək istəyən azarkeşlər üçün stadiona girişi pulsuz edib.

Xəbər 689 dəfə oxundu.