"Rəvan" hazırlıqlarını davam etdirir
Topaz Premyer Liqasının III turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Rəvan" hazırlıqlarını davam etdirir. "Bayıl Arena"da baş tutan məşq prosesində 23 futbolçu iştirak edib.

Yeri gəlmişkən, hazırkı durumu məşqçilər korpusunu qane etməyən Mindauqas Kalonas komandadan göndərilib. Əvəzində, ukraynalı müdafiəçi Artyom Butenin baş məşqçi Emin Quliyevin etimadını qazanmağa çalışır. 26 yaşlı futbolçu barədə yaxın günlərdə yekun qərar veriləcək.

Xəbər 686 dəfə oxundu.