Yannis Anastasiu: "Bəxtimiz gətirmədi"
Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Yannis Anastasiu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. O, 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:

"Hər iki komandanı yaxşı oyuna görə təbrik edirəm. Biz qələbə qazanmağa yaxın idik. Amma bir qədər bəxtimiz gətirmədi. Qələbə qazanmağı çox istəyirdik. Lakin bunu rəqib komanda da istəyirdi və onlar da bu istəklərinə çata bilmədilər. Futbolçularımız qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Artıq cavab oyunu barədə düşünmək lazımdır.

Kluba və Azərbaycana qonaqpərvərliyə, stadiondakı atmosferə görə təşəkkürümü bildirirəm. Biz də Yunanıstanda buna belə cavab verəcəyik".

Xəbər 721 dəfə oxundu.