"Rəvan" "Simurq"un sabiq futbolçusu ilə danışıq aparır
Transfer çalışmalarını davam etdirən "Rəvan" daha bir futbolçu ilə danışıqlar aparır. Mindauqas Kalonasla anlaşa bilməyən "sarı qırmızılar" indi bütün diqqətini "Simurq" və "Turan"ın sabiq futbolçusu Salif Balloya yönəldib. Artıq ona rəsmi təklif olunub və klub hazırda futbolçunun verəcəyi qərarı gözləyir. Ballo yenidən Azərbaycana gəlməyə razılıq versə, onunla müqavilə bağlanacaq.

Xəbər 662 dəfə oxundu.