Peşəkar Futbol Liqası “Neftçi”–“Sumqayıt” qarşılaşmasının yerini və vaxtını dəyişib
“Neftçi” klubu Peşəkar Futbol Liqasına müraciət edərək “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Xorvatiya görüşü ilə əlaqədar olaraq ev oyunlarını keçirdiyi “Bakcell Arena” stadionunun təmirə bağlanacağını bildirib.

Bu səbəbdən klub Premyer Liqanın üçüncü turunda “Sumqayıt” ilə matçın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib.

Bunu nəzərə alan Peşəkar Futbol Liqası “Neftçi”–“Sumqayıt” qarşılaşmasının məkanını və vaxtını dəyişib. Beləliklə, görüş avqustun 23-də saat 18:30-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda başlanacaq.

Xəbər 713 dəfə oxundu.