"Qalatasaray" yeni sponsorluq müqaviləsi imzalayıb
Türkiyənin "Qalatasaray" klubu yeni forma sponsoru "Garenta" ilə müqavilə imzalayıb. 3 illik müqavilə müddətində İstanbul təmsilçisi Super Liqa və Türkiyə Kubokundakı oyunları zamanı meydana avtomobil icarəsi ilə məşğul olan şirkətin adı yazılmış formalarla çıxacaq.

Bundan başqa, yeni sponsor klubu müəyyən sayda avtomobillə də təmin edəcək. Tərəflər arasındakı müqavilə 2017/2018 mövsümünün sonunda başa çatacaq.

Xəbər 797 dəfə oxundu.