Ispaniya və Almaniya çempionatları İdman Azərbaycan-da
Hər il olduğu kimi İspaniya çempionatının oyunları bu mövsüm də ölkəmizdə yayımlanacaq. Əldə edilən məlumata görə İdman Azərbaycan kanalı oyunların eksklüziv yayım hüququna sahib çıxıb.

Artıq sabahdan etibarən oyunlar canlı təqdim ediləcək. İlk olaraq cümə günü Malaqa-Sevilya qarşılaşması yayımlanacaq.

Bundan başqa kanal Almaniya bundesliqasının oyunlarına da sahib çıxıb. 2-ci turun 2 oyunu azarkeşlərə təqdim ediləcək. Sabah AZTV vasitəsilə azarkeşlər Herta-Verder oyununu izləyə biləcəklər.

Xəbər 717 dəfə oxundu.