"Mançester Siti" Nikolas Otamendinin transferini açıqlayıb
"Mançester Siti" Nikolas Otamendinin transferini açıqlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Argentinalı futbolçu ilə 5 illik müqavilə imzalanacaq. Klub futbolçunun transfer qiymətini açıqlamayıb. İngiltərə mətbuatı isə "Mançester Siti"nin bu transferə görə "Valensiya"ya 45 milyon avro ödəyəcəyini yazıb.

Xəbər 798 dəfə oxundu.