“Mançester Yunayted” klubu Tomas Müller üçün “Bavariya”ya 85 milyon avro təklif edib
İngiltərənin “Mançester Yunayted” komandası transfer pəncərəsi başa çatmamış hücum xəttinə daha bir futbolçu cəlb etmək istəyir.

Almaniyanın “Bild” qəzeti “qırmızı şeytanlar”ın “Bavariya”nın hücumçusu Tomas Müller üçün 85 milyon avroluq rəsmi təklif irəli sürdüyünü yazıb.

“Bavariya” futbol klubunun rəhbərliyi “Mançester Yunayted”in təklifi ilə razılaşmayaraq, Tomas Müllerin heç bir qiymətə satılmadığını bir daha bəyan edib.

Xatırladaq ki, Tomas Mülleri “Bavariya”nın əsas heyətinə hazırda “Mançester Yunayted”i çalışdıran Lui Van Qaal cəlb etmişdi.

Xəbər 705 dəfə oxundu.