"Yanq boys"un start heyəti məlumdur
İsveçrə mətbuatı "Yanq Boyz"un Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la evdə keçirəcəyi ilk oyun üçün start heyətini açıqlayıb. Onlar ağdamlılara qarşı ilk dəqiqələrdən bu futbolçuların, özü də 4-1-4-1 taktiki sxemi ilə oynayacağını iddia edirlər:

İvan Mvoqo, Skott Satter, Milan Vilotiç, Stiv fon Bergen, Yan Leçyaks, Milan Qayiç, Miraləm Süleymani, Leonardo Bertone, Yuya Kubo, Rafael Nutsolo, Haris Tabakoviç.
Qeyd edək ki, "Yanq Boyz" - "Qarabağ" matçı bu gün Berndəki "Stad de Suisse"də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər 717 dəfə oxundu.