Qurban Qurbanov: "Şanslar bərabərdir"
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la İsveçrənin "Yanq Boyz" klubu arasında baş tutacaq ilk oyun öncəsi mətbuat konfransı keçirilib. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov media mənsublarının suallarını cavablandırıb:

"Hər iki komandanın qrup mərhələsinə vəsiqə qazanması üçün son şansdır. Buna görə maraqlı oyun olacaq. Meydanın süni ot örtüyünə sahib olması bizim oyunumuza mane olmayacaq. Biz artıq buna alışmışıq. Cütün favoritini söyləmək mümkün deyil. Şanslar bərabərdir".

Xəbər 855 dəfə oxundu.