"Neftçi"nin sabiq qapıçısının yeni klubu müəyyənləşib
"Neftçi"nin sabiq qapıçısı Saşa Stamenkoviçin yeni klubu müəyyənləşib.

Serbiyalı qolkiper "Kerkira"ya transfer olunub. Bu barədə Yunanıstan klubunun saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, S.Stamenkoviç bu ilin iyununda "Neftçi"dən ayrılıb.

Xəbər 744 dəfə oxundu.