"Qarabağ" İsveçrədə məşqə çıxıb
Avropa Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşacaq “Qarabağ” oyun öncəsi son məşqinə çıxıb. Matçın keçiriləcəyi “Stad de Suiss” stadionunda son hazırlıqlarını keçirən Ağdamklubu bügünkü matça hazırdır.

Xatırladaq ki, “Yanq Boyz” - “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 658 dəfə oxundu.