Federasiya Kuboku yarışı keçirilib | |
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci il üçün təqvim-planına əsasən, Veloparkda Kriterium ötüşmələri üzrə Federasiya Kuboku yarışı keçirilib. 2 gün davam edən yarışda AVİF-in nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 70-dən artıq idmançısı mübarizə aparıb. Bundan başqa, yarışda həvəskar velosipedçilərdən ibarət “CycleMania” qrupunun üzvləri də iştirak edib. Reqlamentə əsasən, Elit, U-23 və gənclər kateqoriyasında yarışan velosipedçilər uzunluğu 1600 metr olan dairəvi marşrut boyunca 30, U-17 yaş qrupunda 16, U-15 yaş qrupunda isə 8 dövrə vurublar. Hər 3 yaş kateqoriyasında qalib adını 8 saylı İdman Olimpiya Məktəbinin təmsilçiləri qazanıb. Mükafatçılar Federasiya tərəfindən medal, diplom, kubok və pul mükafatı ilə təltif ediliblər. Elit/U-23/Gənclər (30 dövrə x 1600 m) 1. Kənan Qəhrəmanlı (8OEQİUGM) 2. Tərlan Məmmədov (SVİK) 3. Aqşin İsmayılov (BCP/OEQİUGVM) U-17 (16 dövrə x 1600 m) 1. Mikayıl Səfərli (8OEQİUGM) 2. Bakir Dadaşov (OEQİUGVM) 3. Kərim Şirəliyev (LOKOMOTİV) U-15 (8 dövrə x 1600m) 1. David Proherkus (8OEQİUGM) 2. Qadir Mustafayev (OEQİUGVM) 3. Ramazan Əliyev (ATASPORT) |
|
Xəbər 1241 dəfə oxundu. |
|
|