"Bizi ancaq qələbə qane edir"
Qəbələ" bizə tanış klub deyil. Amma onlar Avropa Liqasında 3 mərhələ keçməyi bacarıblar. Buna görə də Bakıdakı oyunda diqqətli olmalıyıq. Çünki əsas məqsədimiz Avropa Liqasının qrup mərhələsinə düşməkdir". Bu sözləri "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiou Bakıya yola düşməzdən əvvəl Afina hava limanında Yunanıstan mətbuatına açıqlamasında deyib.

42 yaşlı mütəxəssis Bakıya yalnız qələbə üçün getdiklərini bildirib: "İşimizi asanlaşdırmaq üçün ilk matçda qalib gəlmək lazımdır. Bunun üçün oyuna ciddi yanaşmalıyıq”.

Xatırladaq ki, bu gün 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ"- "Panatinaikos" matçı saat 21:00-da başlayacaq.

Xəbər 685 dəfə oxundu.