"Kəpəz"in yeni məşqçiləri təsdiqləndi
“Kəpəz” Peşəkar Futbol Klubunun aşağı yaş qrupları üzrə komandalarına baş məşqçi təyinatları rəsmiləşib. Klubun U-19 komandası Fuad İsmayılova, U-17 Anar Kələntərova, U-16 Şahin İsmayılova, U-15 Mətləb Məmmədova, U-14 Ceyhun Tanrıverdiyevə, U-13 İbrahim Hüseynova, U-12 Tariyel Hüseynova, U-11 Məhəmməd Məmmədova, U-10 komandası isə Xəyal Zeynalova tapşırılıb.

Adı çəkilən mütəxəssislərlə bir illik müqavilə bağlanılıb.

Xəbər 708 dəfə oxundu.