“Rəvan"da yeni baş məşqçi
"Rəvan" U-19 komandasında baş məşqçi dəyişikliyi reallaşıb. Ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək kollektiv Zamin Əsədullayevə həvalə olunub.

U-19-un əvvəlki çalışdırıcısı Anar Vəliyev isə "Rəvan"ın əvəzedicilərdən ibarət komandasına rəhbərlik edəcək.

Qeyd edək ki, UEFA-nın "A” kateqoriyalı lisenziyasına malik Zamin Əsədullayevin sonuncu iş yeri AZAL-ın U-19 komandası olub. 36 yaxşı mütəxəssis daha öncə Azərbaycanın qızlardan ibarət U-17 və U-19 milli komandalarında baş məşqçi vəzifəsində çalışıb.

Xəbər 697 dəfə oxundu.