"Kəpəz"də yeni baş məşqçilər
“Kəpəz”in aşağı yaş qrupları üzrə komandalarına baş məşqçi təyinatları rəsmiləşib.

Klubun U-19 komandası Fuad İsmayılova, U-17 Anar Kələntərova, U-16 Şahin İsmayılova, U-15 Mətləb Məmmədova, U-14 Ceyhun Tanrıverdiyevə, U-13 İbrahim Hüseynova, U-12 Tariyel Hüseynova, U-11 Məhəmməd Məmmədova, U-10 komandası isə Xəyal Zeynalova tapşırılıb.

Adı çəkilən mütəxəssislərlə bir illik müqavilə bağlanılıb.

Xəbər 791 dəfə oxundu.