Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının prezidenti Joze Perurenanı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Beynəlxalq Kanoe Federasiyasının prezidenti Joze Perurenanı qəbul edib.
Ölkəmizə səfəri çərçivəsində Mingəçevirə gedəcəyini və buradakı avarçəkmə mərkəzində olacağını deyən Beynəlxalq Kanoe Federasiyasının Prezidenti Joze Perurena bu cür mərkəzlərin beynəlxalq idman yarışlarının keçirilməsi üçün əhəmiyyətini qeyd etdi.

Sovetlər İttifaqı dağıldıqdan sonra Mingəçevir avarçəkmə mərkəzinin yararsız vəziyyətə düşdüyünü bildirən dövlətimizin başçısı son illər bu mərkəzdə ən müasir standartlara uyğun şəkildə əsaslı bərpa və yenidənqurma işlərinin aparıldığını dedi.

Görüşdə Mingəçevir avarçəkmə mərkəzinin ölkəmizdə idmanın inkişafına və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.

Xəbər 1688 dəfə oxundu.