"Qəbələ"-"Panatinaikos": Bütün biletlər satıldı
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah "Qəbələ" ilə Yunanıstanın "Panatinaikos" klubu arasında keçiriləcək ilk oyuna bilet satışı başa çatıb. Oyuna bir gün qalsa da, kassalarda artıq bilet qalmayıb. Kluban aldığımız məlumata görə, bu oyun üçün 8 800 bilet satışa çıxarılıbmış. Həmin biletlərin hamısı satılıb qurtarıb.

Qeyd edək ki, "Qəbələ" - "Panatinaikos" matçı sabah "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək. Sözügedən arenanın 15 min azarkeş tutumuna malik olduğunu da qeyd edək.

Xəbər 799 dəfə oxundu.