Kikboks üzrə zona birinciliyi Tərtər idmançılarının qələbəsi ilə yekunlaşıb
Tərtər şəhərindəki Heydər Əliyev adına parkda kikboks idman növü üzrə zona birinciliyi keçirilib.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yarışda respublikanın 14 şəhər və rayonundan iyirmi komanda və 231 idmançı qüvvəsini sınayıb.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov yarışın açılışında çıxış edərək, milli qəhrəmanın keçdiyi şərəfli yoldan, ölkəmizdə idmanının sürətli inkişafından söz açıb, idmançılara uğurlar arzulayıb.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarış Tərtər idmançılarının qələbəsi ilə yekunlaşıb. Gəncə şəhərinin komandası ikinci, Bakı şəhərinin komandası isə üçüncü yerə layiq görülüblər. Qalib komandalar və idmançılar Tərtər rayon gənclər və idman idarəsi tərəfindən kubok və diplomlarla təltif edilib.

Xəbər 1018 dəfə oxundu.