Xoakin İspaniyaya qayıdır
Fiorentinanın yarımmüdafiəçisi Xoakin Sançes Betisə keçməyə yaxındır.

34 yaşlı ispan futbolçu karyerasını onu yetişdirən klubda bitirmək istəyir və bu yolda məvacibinin azalmaına da razıdır. O , sevilyalılarla artıq hər şeyi razılaşdırıb.

Qeyd edək ki, Xoakinin Firentina ilə müqaviləsi gələn yay başa çatmalı idi.

Betisin heyətində o , 1999-2006-cı illərdə çıxış edib.

Xəbər 697 dəfə oxundu.