"Xəzər Lənkəran" "Rəvan"la oyuna hazırlaşır
"Xəzər Lənkəran" Azərbaycan Premyer Liqasının 3-cü turunda qarşılaşacağı "Rəvan"la oyununun hazırlıqlarına başlayıb.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda "Sumqayıt"la matçdan sonra bir günlük istirahətin ardından Lənkərandakı bazasında məşqləri bərpa edib. Heyətdə Sadio Tounkarada başqa, zədəli futbolçu yoxdur.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Rəvan" oyunu avqustun 22-i saat 21:00-da başlayacaq.


Xəbər 683 dəfə oxundu.