AFFA milli məşqçilərinin maaşını azaltdı
AFFA-dakı maddi sıxıntı davam etməkdədir. Dünən federasiyanın məhz bu səbəbdən milli komandalarımızı ölkə xaricinə toplanışa göndərə bilməməsindən yazmışdıq. Bununla bağlı daha yeni bir məlumat almışıq.

Belə ki, U-21 millisindən tutmuş U-15 millisinə qədər bütün komandalarda çalışan baş məşqçi və köməkçi məşqçilərin də maaşını azaldıb. Bunun maddi sıxıntı ucbatından baş verməsi də onlara izah edilib. Maaşlarının azaldılması məşqçilərin ürəyincə olmasa da bunu qəbul etməyə məcbur olublar.

Xəbər 712 dəfə oxundu.