"Qəbələ" - "Panatinaikos" matçı öncəsi baş məşqçilərin mətbuat konfransının vaxtı açıqlanıb | |
Avqustun 20-i UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyununda "Qəbələ" "Panatinaikos" komandasını qəbul edəcək. 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı öncəsi baş məşqçilərin mətbuat konfransının vaxtı açıqlanıb. Bu gün ilk olaraq jurnalistlərin önünə "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiu çıxacaq. Yunanıstanlı mütəxəssisin mətbuat konfransı saat 18:45-də başlayacaq. 20:15-də isə "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq. |
|
Xəbər 699 dəfə oxundu. |
|
|