Alessandru:Yenidən hazırlığa qoşulacam
Antalya hazırlıqlarını davam etdirən "Neftçi"nin futbolçusu Alessandru Viana da Silva klubun rəsmi saytına fikirlərini açıqlayıb. İdman.com.az-ın məlumatına görə, braziliyalı müdafiəçi bunları dilə gətirib:

"Hazırda zədəli olduğum üçün məşqlərə ara verməyə məcburam. Amma yaxın günlərdə bərpa müddətini başa vurub, yenidən hazırlığa qoşulacam. Çünki təlimlərin bu dövrü çox əhəmiyyətlidi".

Xəbər 981 dəfə oxundu.