Azərbaycan qrossmeysteri “Vyana Open – 2015” turnirində birinci partiyada qalib gəlib
Bu gün Avstriyada “Vyana Open – 2015” Beynəlxalq turniri çərçivəsində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovla yerli şahmatçı Markus Raqqer arasında altı partiyadan ibarət matç start götürüb.

Birinci partiyada ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov 26-cı gedişdə qalib gəlib. Qrossmeysterlər arasında matç avqustun 22-dək davam edəcək.

Xəbər 756 dəfə oxundu.