Topaz Premyer Liqası: 3-cü turda növbəti yerdəyişmələr
Topaz Premyer Liqasının üçüncü turunun oyunlarının keçirilmə vaxtları ilə bağlı dəyişiklik edilib. Artıq iki oyunun öncədən təyin olunduğu gündə keçirilməyəcəyi dəqiqləşib. Belə ki, AZAL - "Qarabağ" matçı ayın 22-də yox, 23-də keçiriləcək. "Zirə" - "İnter" matçı isə ayın 22-dən 24-nə keçirilib. "Xəzər Lənkəran" - "Rəvan" matçı ayın 22-də, "Neftçi" - "Sumqayıt" görüşü 23-də keçiriləcək. Hələlik, "Qəbələ" - "Kəpəz" görüşünün taleyi bəlli deyil. Bu oyun öncədən avqustun 23-nə təyin olunsa da, 24-də keçirilməsi istisna edilmir. Qeyd edək ki, bütün oyunlar saat 21:00-da start götürəcək.

Xəbər 708 dəfə oxundu.