"Neftçala" Türkiyəyə gedir
I Divizionun son çempionu "Neftçala" bu gün təlim-məşq toplanışının ikinci mərhələsini keçmək üçün Türkiyəyə yola düşür. Kamal Quliyevin rəhbərlik etdiyi komandanın da yer alacağı təyyarə saat 21:00-da Bakıdan havaya qalxacaq. Neftçala klubu 10 gün Bolu şəhərində hazırlıq keçəcək, bir-neçə yoxlama görüşü keçirəcək.

Xəbər 690 dəfə oxundu.